23 Dekabr 2024, Bazar ertəsi

İyunun 14-də ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikanın ümumtəhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib.
Muxtar respublikamızda “Son zəng” günü yüksək əhval-ruhiyyə ilə qeyd olunur, təhsil ocaqları ölkəmizin daha da qüdrətlənməsi naminə çalışmaq arzusunda olan, bu arzunu gerçəkləşdirmək üçün ali təhsil almağa tələsən şagirdlərini uğurlayır. Hər ötən təhsil ilini yeni-yeni uğurlarla başa vuran məktəblərimiz daha böyük nailiyyətlər qazanmağa səy göstərir, yaradılan təhsil mühitindən daha səmərəli istifadə etməyə çalışır. Bu gün bilik məbədlərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, muxtar respublikamızda insan kapitalına böyük önəm verilməsi hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır.
Çıxış edənlər məzunları təbrik edib, onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıblar.
Daha sonra məktəb məzunları müəllimlərə təşəkkürlərini bildirib, hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz ­veriblər.
Bütün məktəblərdə “Son zəng” tədbirlərində şagirdlərin hazırladığı bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR