Bu fikirlər İspaniyanın Alicante şəhərində, eyniadlı universitetdə təşkil olunmuş “Azərbaycan universitetlərində Keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin növbəti iclasında “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, layihə meneceri Rəcəb Cəfərli tərəfindən səsləndirilib.
Qeyd edək ki, 2- 8 iyun tarixləri arasında keçirilən təlimlərdə İngiltərənin Middlesex, İsveçin Kral Texnologiya, İspaniyanın Alicante, Litvanın SMİC Tətbiqi Elmlər universitetlərinin ekspertləri və Azərbaycanın 11 ali təhsil müəssisəsindən nümayəndələrlə yanaşı, “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, layihə meneceri Rəcəb Cəfərli, Tədris şöbəsinin müdiri Anar Abuzərli, Mühasibatlıq şöbəsinin müdiri Xəyal Heydərov, Xarici dillər kafedrasının müdiri Anara Nəsirli və həmin kafedranın baş müəllimi Könül Babayeva da iştirak edirlər.
Seyfur HACIMURADOV