23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.
Həmin gün, ümumilikdə, 37 min 670 şagird imtahan verib. İmtahan bütün binalarda saat 1100-da başlanıb və 3 saat davam edib. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 90 qapalı­tipli tapşırıq təqdim edilib.
İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 2978 nəzarətçi-müəllim, 265 buraxılışı təşkil edən əməkdaş, 81 bina nümayəndəsi ayrılıb.
Naxçıvan Muxtar Respublikasında imtahanların şəffaf və obyektiv keçirilməsi üçün, ümumilikdə, 12 imtahan mərkəzi yaradılıb. Bu mərkəzlərdə 3460 şagird imtahan verib.
Muxtar respublikada keçirilən imtahanların idarə olunmasına, ümumilikdə, 335 nəzarətçi-müəllim, 27 imtahan rəhbəri cəlb edilib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Nəticələr yaxın günlərdə elan ediləcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR