23 Dekabr 2024, Bazar ertəsi

Mayın 26-da Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 27 binada aparılıb. Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən 8758 bakalavr qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012-si Azərbaycan, 746-sı isə rus bölməsi üzrə imtahan verib. Bakalavrların 3803-nü oğlanlar, 4955-ni qızlar təşkil edib.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıqtipli olmaqla, 50 test tapşırığı təqdim olunub. Bakalavrlar bəzi proqramlar üzrə yazılı, bəziləri üzrə qabiliyyət imtahanı veriblər.

 Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binada keçirilib. Bunun üçün 12 imtahan zalı ayrılıb, 18 nəzarətçi, 2 imtahan rəhbəri cəlb edilib. 184 bakalavrın iştirak etdiyi imtahan saat 1100-da başlayıb və 1 saat 30 dəqiqə davam edib.

İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

*   *  *

Mayın 25-də saat 1000-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad-XXI əsr” hazırlıq kurslarının birgə təşkilatçılığı ilə Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib.

İmtahanda şagirdlərə riyaziyyatdan 30, Azərbaycan dilindən 30, ingilis dilindən 10 olmaqla, ümumilikdə, 70 sualı cavablandırmaları üçün 2 saat 30 dəqiqə vaxt verilib.

Ən yüksək nəticə göstərmiş 60 şagird liseyə qəbul olunacaqdır.

Həmin gün Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında müstəsna rol oynayan məktəblilərin fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR