23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev açaraq müasir dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə malik, yeni texnologiyalardan istifadə etməyi bacaran gənc kadrların cəmiyyətin inkişafındakı rolu haqqında danışıb.
İnstitutun pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva çıxışında pedaqoji təcrübənin səmərəliliyi haqqında görülən məqsədyönlü işlərdən ətraflı bəhs olunub.
Sonra Pedaqoji fakültənin dekanı dosent Arif Ağalarovun, Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyevin hesabatları dinlənilib.
Konfransda iştirak edən məktəb direktorları və bağça müdirləri rəhbərlik etdikləri təhsil ocaqlarında təcrübənin təşkili və təcrübəçi tələbələrin fəallığından danışıblar. Fəal tələbələrə diplom və ­təşəkkürnamələr təqdim edilib.
Sonda pedaqoji təcrübənin yekunlarına dair metodik sərgiyə baxış olub.

Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR