23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli ­Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquq­şünaslıq ixtisasında təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olublar. Onlar Ali Məhkəmədə keçirilən məhkəmə proseslərində iştirak edib və iş prosesini əyani şəkildə öyrəniblər.
Ali Məhkəmənin sədri Qasım Əliyev tələbələrlə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların tərkib hissəsi kimi hüquq-mühafizə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyini vurğulayıb. Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının gələcəyin peşəkar, yüksək səriştəli kadrlarının yetişdirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri olduğunu bildirib.
Qeyd edilib ki, Ali Məhkəmədə “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi və dəyərləndirilməsi məqsədilə ekspert qrupu yaradılıb.
Ali Məhkəmənin sədri belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR