23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Tibb Kollecinin tələbələri Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu Liseyində biraylıq təcrübə kursu keçiblər.
2 müəllim və 10 tələbədən ibarət heyət liseyin Yenimahalle Yıldırım Beyazit Eyitim və Araşdırma Xəstəxanasının rəhbərliyi ilə görüşüb, tələbələrə bu səhiyyə müəssisəsi barədə məlumat verilib, onların müxtəlif müalicə-profilaktika proseslərini onlayn izləmələrinə şərait yaradılıb.
Tibb bacısı ixtisası üzrə təhsil alan tələbələr daxili və yoluxucu xəstəliklər, təcili təxirəsalınmaz yardım və endoskopiya bölmələrində təcrübə keçiblər. Onlar xəstələrin qeydiyyata alınması, yataq xəstələrinə qulluq, xəstələrin əməliyyata hazırlanması, gündəlik təyinatların yerinə yetirilməsi, endoskopiya bölməsində xəstələrin müayinəyə hazırlanması qaydalarını öyrəniblər.
Laborator diaqnostika ixtisası qrupunun tələbələri isə mikrobiologiya, patologiya, hematologiya və biokimya laboratoriyalarında nümunələrin əkilməsi, boyanması, antibiotiklərə həssaslıq testlərinin qoyulması qaydaları və digər tibbi prosedurları öyrəniblər. Biokimya və hematologiya bölmələrində tələbələr laborator təcrübələrə cəlb olunublar.
Səfər çərçivəsində tələbələrin Ankara şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyaları da təşkil olunub.

­
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR