23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində magistrantların XI regional elmi konfransı keçirilib.
Tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov vurğulayıb ki, son illərdə universitetdə magistratura təhsilinin inkişafı üçün münbit şərait yaradılıb, möhkəm maddi-texniki baza formalaşdırılıb.
Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov dissertasiyaların yazılması üçün ilk olaraq məsələnin qoyuluşu, işin aktuallığı və məqsədinin əhəmiyyəti haqqında danışıb. Elmi katib dissertasiyalarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsinin önəmini qeyd edib.

Universitetin magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov bildirib ki, 1997-ci ildən 2 ixtisas üzrə 7 nəfərə magistr təhsili verməyə başlayan universitetdə hazırda I və II kurslar üzrə 40 istiqamət, 59 ixtisaslaşma üzrə 325 magistr təhsil alır. Magistraturada ­bu günədək 1730 nəfər magistr ­dərəcəsi alıb. Diqqətə çatdırılıb ki, magistrantlar yaradılan hərtərəfli şəraitdən bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər. Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən 14 ali məktəbin 43 bakalavrının məhz Naxçıvan Dövlət Universitetini seçməsi yaradılan şəraitin nəticəsidir.
Konfransda universitetin Dövlət hüququ ixtisası üzrə I kurs magistrantı Nərmin Adıgözəlzadənin çıxışı dinlənilib.
Dövlət hüququ ixtisası üzrə II kurs magistrant Əziz Qasımova “İlin magistrantı” diplomu təqdim olunub.
Konfrans bölmə iclasları ilə davam edib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR