Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib. “Huawei” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən bu təhsil müəssisəsində yaradılan İKT mərkəzində “Telekommunikasiya sahəsinə dair təlim“ mövzusunda keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
“Huawei-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Simsiz texnologiyalar” sektorunun rəhbəri İmran Bayramov 5G LTE texnologiyalarının strukturu və iş prinsipi haqqında iştirakçılara geniş mühazirə oxuyub.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti