23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Qars Qafqaz Universitetində birhəftəlik təcrübə keçiblər.
Türkiyənin Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu, Baytarlıq təbabəti fakültəsinin dekanı, professor Mete Cihan 3 müəllim və 11 tələbədən ibarət 14 nəfərlik heyəti qəbul ediblər. Təcrübəçi tələbələr klinik təcrübənin keçirilmə planına uyğun olaraq qaramal və qoyun saxlanılan binalar, sağım sexi, yem tədarükü məntəqəsi, laboratoriya heyvanları şöbəsi ilə tanış olublar.
Əvvəlcə klinik müayinə və laboratoriya dərslərində iştirak edən tələbələrə Cərrahiyyə kafedrasının professoru İsa Özaydın xəstə heyvanların qəbulu, qeydiyyatı, onların müayinə üsulları, qan və digər analizlərin götürülməsi qaydaları haqqında məlumat verdikdən sonra cərrahiyyə praktikasında istifadə olunan müxtəlif növ tikiş üsulları haqqında danışıb. Tələbələr cərrahlarla birgə müxtəlif mürəkkəb əməliyyatlarda iştirak ediblər.
Yoluxmayan daxili xəstəliklər kafedrasında tələbələrə laboratoriya avadanlıqları və heyvanları ilə tanışlıq, vakuum şprislər vasitəsilə heyvanlardan qan alınması və sonradan onun sentrifuqada fırladılaraq fraksiyalara bölünməsi, heyvanlara müxtəlif üsullarla dərman maddələrinin yeridilməsi texnikası öyrədilib.
Parazitologiya fənninə dair yaxmalar, anatomiyaya dair kitablar, tədris vəsaiti, elektron kitabların bir qismi təcrübi proseslərdə yaxından iştirak edən tələbələrə verilib.
Səfər çərçivəsində Qars şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyalar da təşkil olunub.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR