23 Dekabr 2024, Bazar ertəsi

Mayın 19-da Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent­lərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 66 binada aparılıb. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2845 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak edən 35 min 422 abituriyentin 14 min 31-i II qrup üzrə, 21 min 391-i isə III qrup üzrə imtahan verib.
Naxçıvan şəhərində imtahan 7, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib. Bunun üçün 78 imtahan zalı ayrılıb, 161 nəzarətçi, 13 imtahan rəhbəri cəlb edilib. 1799 abituriyentin iştirak etdiyi imtahan saat 1100-da başlayıb və 3 saat davam edib.
İmtahandan dərhal sonra – saat 1600-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım yaradılıb, imtahan suallarının düzgün cavabları və test tapşırıqları ilə bağlı izahat verilib.
Nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR