23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları üzrə III kurs tələbələrinin 15 aprel 2019-cu il tarixdən 31 may 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən mehmanxanalarda, muzeylərdə və turoperatorlarda istehsalat təcrübəsi keçmələri təmin edilir. Tələbələr müəyyən edilmiş qrafikə uyğun olaraq mayın 3-dən Gəmiqaya Turizm Agentliyində turoperatorun iş prosesi ilə yaxından tanış olublar. Burada tələbələrə turizm məhsulunun formalaşdırılması, işlənib hazırlanması, hərəkətə gətirilməsi və satışının təşkili haqqında ətraflı məlumat verilib. Həmçinin turoperatorların iş funksiyası, müştərilərin turlara olan tələbatlarının öyrənilməsi, xidmət proqramlarının hazırlanması, turoperatorların xidmət təminatçıları olan yerləşdirmə, qidalanma obyektləri, ayrı-ayrı nəqliyyat sahibləri ilə etdiyi əməkdaşlıq və bu sahədə bağlanmış müqavilələr haqqında da danışılıb. Turoperatorlar tərəfindən vətəndaşların xarici ölkələrə göndərilməsi və həmin ölkələrdə onların turizm xidmətləri ilə təmin edilməsi, həmçinin xarici turistlərin ölkəmizdə qəbulu və onlara turizm xidmətlərinin göstərilməsi, eləcə də muxtar respublika ərazisində daxili turizm xidmətlərinin təşkili haqqında tələbələrə ətraflı məlumat verilib.
Təcrübənin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR