Muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqə iki mərhələdə təşkil olunub. Belə ki, birinci – şəhər (rayon) mərhələsi 1-19 aprel 2019-cu il tarixlərdə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib və 63 şagird qalib olaraq muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Muxtar respublika mərhələsi isə 1 may 2019-cu il tarixdə keçirilib və biri I, ikisi II, üçü III, üçü isə həvəsləndirici yer olmaqla, cəmi 9 qalib müəyyən edilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti