23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə hamiliyə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələrə “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Saleh Məhərrəmov açıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarında əksini tapan vəzifələrin icrası istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, komitədə hamiliklə əlaqədar iş planları təsdiq edilib. Tələbələrlə görüşlər keçirilib, tədrisə köməklik məqsədilə onlara dərsliklər, dərs vəsaitləri, elektron dərsliklər, müxtəlifməzmunlu xəritə materialları hədiyyə olunub. Tələbələrin komitənin bazasında praktik məşğələlər keçmələri təmin edilib, geodeziya-ölçü avadanlıqlarından ilkin istifadə vərdişləri öyrədilib. Çöl şəraitində tələbələrin sınaq-geodeziya ölçmələrində iştirakı təmin olunub. Yay tətili müddətində 3 tələbə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla ödənişli işlərə cəlb edilib.

Komitənin sədri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ilə “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsi hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib. Qarşıya qoyulmuş vəzifələrin icrasının təmin edilməsi, hamiliyə verilmiş ixtisaslar ilə işin təşkili, yeni layihələrin həyata keçirilməsi üçün komitədə ictimai əsaslarla fəaliyyət göstərən “Tədris-İnnovasiya Mərkəzi” yaradılıb. Mərkəz hamiliyə verilən ixtisaslarda nəzəri və təcrübi məşğələlərin keçirilməsini, layihələrin qəbulunu, ekspert qrupları yaratmaqla dəyərləndirilməsini və təqdimatlarının keçirilməsini təmin edəcək.
Tələbələrlə əlaqələrin intensivliyini təmin etmək, yeni ideyaların formalaşdırılması, startapların yaradılması məqsədilə hər həftənin şənbə günü komitədə “Startap günü” elan olunub.
Sonra komitə aparatının rəhbəri Nurlan Fətəliyev tərəfindən “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilib. Slayd vasitəsilə tələbələrə innovasiyalar, onların xüsusiyyətləri, təsnifatı, formalaşdırılma mərhələləri, innovasiya üçün ilkin şərtlər, startaplar haqqında ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR