“Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə III kurs tələbələrinin 2018-2019-cu tədris ilinin ikinci yarısında keçdikləri pedaqoji təcrübənin yekununa həsr edilmiş konfrans olub.
Konfransı giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açıb. Prorektor 108 tələbənin Heydər Əliyev adına tam orta məktəbdə, həmçinin 11 və 15 nömrəli tam orta məktəblərdə təcrübəni uğurla başa vurduğunu diqqətə çatdırıb.
Konfransda Pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Pedaqoji fakültə üzrə təcrübənin yekunları haqqında”, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin “Xarici dillər fakültəsi üzrə təcrübənin yekunları haqqında” çıxışları dinlənilib. Sonda pedaqoji təcrübədə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim edilib.
Seyfur Hacımuradov