23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədən irəli gələn məsələlərə dair tədbir olub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı kadr hazırlığına müasir yanaşmanı və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Rektor bildirib ki, qarşıya qoyulan vəzifə muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır. Belə layihələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər.

Universitetin İqtisad fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov vurğulayıb ki, innovasiya, texnologiya, fəaliyyət müddəti, əhatə dairəsi, maliyyələşmə startapı kiçik biznesdən fərqləndirir.
Ali təhsil müəssisələri və biznes strukturları arasında partnyorluq, tərəfdaşlıq və əməkdaşlıq yaradan “Enactus” layihəsindən də söhbət açılıb. Diqqətə çatdırılıb ki, “Enactus” biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəl­xalq təşkilatdır.
Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi Kərim Nəcəfov muxtar respublikanı təmsil edən “NoahLand” komandasının tərkibində Naxçıvan Dövlət Universiteti tələbələrinin təşkil etdiyi layihə əsasında finalda iştirak hüququ qazandıqlarını diqqətə çatdırıb. Vurğulanıb ki, əsas ideyası ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edən layihənin məqsədi Naxçıvanı tanıtmaq üçün muxtar respublikaya turist cəlb etmək, ənənəvi turizm turları ilə yanaşı, xarici turlar təşkil etmək, Naxçıvanda onlayn turizm saytı yaratmaqdır. Qeyd edilib ki, sonrakı mərhələdə isə bu ideyanın Azərbaycanda genişləndirilməsinə nail olmaq startap komandasının vəzifələrinə daxildir.
Sonda “Startap layihələri və innovativ inkişaf” filmi nümayiş olunub.

Səadət ƏLİYEVA

*   *   *

Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı hazır­lanmış tədbirlər planı çərçivəsində “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsində təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlıq şöbəsinin müdiri Mircavid Tağızadənin “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq mühitinin mövcud vəziyyəti, özəl sektorun Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında rolu”, “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkar­lar Konfederasiyasının sədri Vüqar Abbasovun “Cahan Holdinq”in Şirkətlər İttifaqının fəaliyyət sahələri və biznesin təşkili”, Elmi-Tədqiqat və Tədris ­Mərkəzinin elmi işçisi Mehparə Məmmədovanın “Startap” layihələrinin təqdimatı” mövzularında ­çıxışları dinlənilib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR