23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Biz kitabxanamıza kitab hədiyyə edirik” devizi altında ali təhsil müəssisəsi əməkdaşlarının institut kitabxanasına kitab bağışlama kampaniyasına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, bu gün kitab və mütaliənin təbliği xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyan dövlət sənədidir. Sərəncamın uşaqların, yeniyetmə və gənclərin, ümumilikdə isə cəmiyyətimizin və dövlətimizin gələcəyi ilə bağlı olması onun əhəmiyyətini daha da artırır.

 Qeyd olunub ki, bu gün biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundovun şəxsi kitabxanasından institutun kitabxanasına təqdim edilən 200-dən artıq qiymətli elmi və tədris ədəbiyyyatı, o cümlədən öz müəllifliyi ilə institutun profilinə uyğun 5 dərslik, 15-dək dərs və metodik vəsait, habelə digər görkəmli alim-pedaqoqların müəllifliyi ilə 25-dən artıq dərslik və digər elmi, tədris vəsaitləri hədiyyə edilib.

Tədbirdə biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundovun, Naxçıvan Müəllimlər İnstitutunun kitabxana müdiri Şəfayət Sadiqovanın, Ümumi fənlər kafedrasının baş müəllimi Lamiyə Quliyevanın və biologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Aysu Hətəmovanın çıxışları olub.

Biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov institutun rektoru tərəfindən mükafatlandırılıb.

Sonda kitabxanaya təqdim edilən kitablardan hazırlanmış guşəyə baxış olub.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR