23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün buraxılış imtahanı və rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib.

Buraxılış imtahanında şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 85 tapşırıq təqdim olunub. İmtahan respublikanın bütün bölgələrində eyni vaxtda – saat 1100-da başlanıb və 3 saat davam edib.
XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan ünvanlarda 63 imtahan mərkəzi təşkil edilib. İmtahanlarda 27 min 659 nəfər XI sinif şagirdi iştirak edib. İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi-müəllim, 207 buraxılışı təşkil edən əməkdaş, 63 bina nümayəndəsi ayrılıb.
Naxçıvan Muxtar Respublikasında imtahanların şəffaf və obyektiv keçirilməsi üçün 10 imtahan mərkəzi yaradılıb. Bu mərkəzlərdə, ümumilikdə, 2915 şagird imtahan verib. Muxtar respublikada keçirilən imtahanların idarə olunmasına 24 imtahan rəhbəri, 278 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda istifadə olunan açıqtipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanında əldə etdikləri nəticələr də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Rezidenturaya qəbul imtahanı isə Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada keçirilib. İmtahan 2 saat 30 dəqiqə davam edib.
Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 930 namizəd qeydiyyatdan keçib. Onlardan 798-i Azərbaycan, 132-si isə rus bölməsi üzrə imtahan verib. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 86 nəzarətçi-müəllim cəlb olunub.
Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin binasında keçirilib. 30 nəfərin iştirak etdiyi imtahanın keçirilməsi üçün 1 imtahan rəhbəri cəlb edilib.
Nəticələrin yaxın 2-3 gün ərzində www.dim.gov.az saytında elan edilməsi nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR