23 Dekabr 2024, Bazar ertəsi

Martın 31-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Respublika fənn olimpiadalarında xüsusi istedada malik IX-XI sinif şagirdləri güclərini sınayıblar.
Məlumat üçün bildirək ki, olimpiadanın yarımfinal turunda şəhər və rayon mərhələsinin nəticələrinə əsasən 329 şagird iştirak etmək hüququ qazanıb.
Ümumilikdə, 8 fənn üzrə keçirilən yarımfinal mərhələsində şagirdlərə 30 test tapşırığı təqdim edilib. Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələri olub.
Yarımfinal turunda minimum 21 sualı düzgün cavablandıran şagirdlər aprel ayında keçiriləcək respublika fənn olimpiadalarının final turunda iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR