23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitu­tunun təşkilatçılığı ilə Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq Prezident İlham Əliyevin “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
“Akademik Həmid Araslının həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən Əbülfəz Quliyev görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığının müxtəlif istiqamətləri üzrə elmi fəaliyyətinə ətraflı nəzər salıb.
Bildirib ki, ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus yaradıcı­lığı ilə seçilən akademik qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığının öyrənilməsi sahəsində böyük xidmətlər göstərib, onun elmi fəaliyyəti yüksək qiymətləndirilib.
Tədbirdə institutun əməkdaşlarından dosent Ramiz Qasımov, filologiya üzrə fəlsəfə doktorları Nərgiz İsmayılova və Aytən Cəfərovanın görkəmli akademik, folklorşünas Həmid Araslı ilə bağlı məruzələri dinlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR