23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 27 mart – Elm günü ərəfəsində doktorant və dissertantlarla görüş olub.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib. Rektor vurğulayıb ki, 1998-ci ildə universitetdə Dissertasiya Şurasının yaradılması muxtar respublikamızda elmin inkişafına göstərilən qayğının ifadəsidir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalayıb. Akademik ötən dövrdə bölmənin uğurlu fəaliyyət göstərdiyini, əməkdaşların 20 qrant, o cümlədən 3 beynəlxalq layihənin qalibi olduğunu, 25 minə yaxın elmi məqalə dərc etdirdiklərini diqqətə çatdırıb.
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun professoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev doktorant və dissertantlara öz məsləhətlərini verib, qarşıdan gələn əlamətdar gün münasibətilə elm adamlarını təbrik edib.
Sonda dissertantların sualları cavablandırılıb.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR