23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində ­Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci il 29 oktyabr tarixli Sərəncamının icrası istiqamətində silsilə tədbirlər davam etdirilir.
Bu günlərdə AMEA Naxçıvan Bölməsində olan Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazmasının nüsxəsinin elektron variantını bölməyə təqdim edib.

Görüş zamanı bölmənin sədri, akademik İsmayıl Hacıyev alimin irsinin tədqiqi və nəşri istiqamətində görülən işlər, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın keçiriləcəyi haqqında qonağa məlumat verib.
Görüşdə Naxçıvanla əlaqədar mühüm tarixi sənədlərin qardaş ölkənin arxiv və kitabxanalarından əldə edilməsi və elmi araşdırmalara cəlb olunmasının zəruriliyi vurğulanıb.
Sonra Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) kitabının birinci cildi, ikicildlik “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” və “Nemətullah Naxçıvani: Taleyi və sənəti” kitabları qonağa hədiyyə olunub.
Baş konsul isə Türkiyə Baş Nazirliyinin Dövlət Arxivi tərəfindən hazırlanan “Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabını bölməyə təqdim edib.
Qeyd edək ki, silsilə tədbirlər çərçivəsində AMEA Naxçıvan Bölməsində görkəmli alim Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” üçcildlik əsərinin birinci cildinin təqdimatı da ­keçirilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR