Bu günlərdə Türkiyə Respublikasının İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin (EURAS) təhsil sərgisi təşkil olunub.
Sərgidə “Naxçıvan” Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşərrəf Məmmədova da iştirak ediblər. Tədbirdə Türkiyə Respublikasının gənclər və idman naziri, təhsil təşkilatlarının rəhbərləri, 150-dən çox universitet təmsil olunub.
Naxçıvan ali təhsil müəssisələrinin təşkil etdiyi sərgi böyük maraq doğurub. Sərgiyə baxışdan sonra universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun EURAS-ın İstanbul Universiteti üzrə təmsilçisi doktor Mustafa Aydınla görüşü olub. Görüş zamanı “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib, universitetlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbərlər şöbəsi