23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Poliqon” strateji intellekt oyunu üzrə universiada keçirilib.
Qalib olan komanda Bakı şəhərində təşkil olunacaq “Poliqon” strateji intellekt oyunu üzrə II Respublika Universiadasında Naxçıvanı təmsil edəcəkdir.
14 komandanın iştirak etdiyi oyun “Axtarış”, “Hədəf”, “Saxlama”, “Zəfər” və “Ekstra” mərhələlərindən ibarət olub. Oyunda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən “Diplomat” komandası qalib adını qazanıb. “Turan” komandası ikinci, “Qisas” komandası üçüncü olub.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub. Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən universiadada əvvəlcədən yaradılmış link vasitəsilə 14 komandada 90 nəfərə yaxın gənc qeydiyyatdan keçərək iştirak edib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR