23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində “Tələbələrin elmi-tədqiqat fəaliyyətlərinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq “Elm aylığı”nın mahiyyəti, məqsədi və vəzifələri haqqında ətraflı məlumat verib.
Bildirilib ki, “Elm aylığı” çərçivəsində keçiriləcək silsilə tədbirlər ali təhsil müəssisələrində təhsil alanların elmi-tədqiqat fəaliyyətinin müasir tələblər baxımından təşkilinin, onların innovasiya fəaliyyətinə cəlb olunması yollarının araşdırılması, gələcək mütəxəssislərin düzgün istiqamətləndirilməsi məqsədi daşıyır.

Diqqətə çatdırılıb ki, cari tədris ilində institutda elmi-tədqiqat fəaliyyəti sistemli və planauyğun aparılır. Bu il ali təhsil ocağında magistratura və doktorantura üzrə ayrıca bölmənin yaradılması, 2019-cu il üçün yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığının diqqətdə saxlanılması, doktoranturaya qəbulun müsabiqə əsasında keçirilməsi, habelə altı əməkdaşın dissertasiya işlərini uğurla müdafiə etməsi, alimlərimizin məqalələrinin nüfuzlu beynəlxalq jurnallarda çap olunması və digər sahələrdə görülmüş işləri qeyd edə bilərik. Hazırda institutun əsas hədəflərindən biri bu təhsil müəssisəsini tədqiqat universitetinə çevirməkdən ibarətdir.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun tədqiqatçı müəllimlərinin və Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan təcrübəli tələbələrin məruzə və məlumatları dinlənilib. Bölmə iclaslarında dəyirmi masa ətrafında elmi rəhbərlərlə tədqiqatçı tələbələrin əməli görüşləri keçirilib, fərdi məsləhət saatları təşkil edilib.
Sonda bölmə rəhbərləri işlərinin yekunlarına dair hesabat veriblər, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR