23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib.
Bədən tərbiyəsi və idman kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev qeyd edib ki, idmanın inkişafı, müxtəlif sahələri üzrə yaradılmış olimpiada mərkəzləri bu sahəyə xüsusi diqqətin olduğunun əyani sübutudur. Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Valeh Əlixanov universitetin Pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələ­lərdən danışıb. Bildirilib ki, yaradılan hərtərəfli şərait tələbələri bu istiqamətdə daha fəal olmağa səsləyir.

Ali təhsil ocağında idmanın inkişafı və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsində göstərdiyi xidmətlərə görə universitetin bir qrup müəlliminə müxtəlif idman növləri üzrə fəxri fərmanlar təqdim edilib.
Tələbələrdən karate üzrə Sərcan Məmmədov, Orxan Xəlilov, qaçış üzrə Gülayə Cəfərova, boksçu Vüqar Xaliqov, cüdoçu Allahverdi Allahverdiyev, stolüstü tennis üzrə Xurşud Mahmudova təltif ediliblər.
“Beynəlxalq və respublika idman yarışlarında tələbələrimizin uğurları” adlı çıxışında Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi, karate üzrə beynəlxalq turnirdə qızıl medal qazanan Sərcan Məmmədov tələbələrin uğurlarının qiymətləndirilməsinin onların fəaliyyətinə stimul olduğunu bildirib.

Zeynəb HÜSEYNZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR