23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 24-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə, 39 imtahan binasında aparılıb. İmtahan bütün binalarda eyni vaxtda, saat 1300-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
Bu ildən etibarən imtahanlarda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmasının qarşısını ­almaqdır.

Məlumat üçün bildirək ki, imtahanda iştirak üçün 12 min 685 bakalavr ərizə təqdim edib. Onlardan 11 min 503 nəfəri Azərbaycan, 1182 nəfəri isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 5508-i oğlan, 7177-si isə qızdır. İmtahanın idarə olunmasına, ümumilikdə, 129 imtahan rəhbəri, 1251 nəzarətçi-müəllim cəlb olunub.
Naxçıvan şəhərində imtahan 14 nömrəli tam orta məktəbdə keçirilib. 27 imtahan zalında keçirilən imtahana 35 nəzarətçi və 3 imtahan rəhbəri cəlb edilib. İmtahanda 294 bakalavr iştirak edib. Bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i informatika olmaqla, ümumilikdə, 100 sual təqdim edilib.
Qeyd edək ki, hər bir doğru cavab 1 balla qiymətləndirilir, səhv cavab ümumi nəticəyə təsir göstərmir. İmtahanın nəticələri www.dim.gov.az saytında yeləşdiriləcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR