23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti ümumi yığıncağı keçirilib.
İclası giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacı­yev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci il 29 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışıb.

Qeyd olunub ki, sözügedən sərəncam ilə təsdiq olunan Tədbirlər Planına əsasən Azərbaycanın təsəvvüf alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı “Əl-Fəvatih-ül-İlahiyyə-Vəl-Məfatih-ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) üçcildlik əsərinin birinci cildi bölmə əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Hazırda əsərin ikinci və üçüncü cildləri üzərində işlənilir. Bundan əlavə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2018-ci il üçün olan növbəti sayca 12-ci nəşri Nemətullah Naxçıvaniyə həsr edilib. Həmin institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov tərəfindən Nemətullah Naxçıvaninin “Hidayətül-ixvan” (Qardaşların hidayəti) kitabı tərcümə olunaraq çapa hazırlanıb.
Daha sonra İsmayıl Hacıyev “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və Təşkilat Komitəsinin yaradılması ilə bağlı məlumat verib.
Bölmənin Rəyasət Heyətinin qərarı ilə cari ilin iyun ayında nəzərdə tutulan konfransın keçirilməsi üçün 10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Sonra gündəlikdəki bir sıra elmi-təşkilati və cari məsələlərə baxılıb.


AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR