25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna başlanılmışdır. “Reform-Centre” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən “Dövlət və özəl sektor arasında tərəfdaşlıq” mövzusunda keçirilən təlim kursunun açılış mərasimində universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək ali məktəbdə müxtəlif mövzulara həsr olunmuş təlim kurslarının keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın bütün dövlət strukturlarının və nazirliklərinin əməkdaşlarının, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrinin iştirak etdiyi bu təlim kursları kadr hazır­lığı baxımından mühüm əhəmiyyət daşıyır.
Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxışında təlim kurslarının təşkilini muxtar respublikada dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına, mütəxəssis hazırlığına qayğı kimi qiymətləndirmişdir.
Rektor beynəlxalq ekspertlərin təcrübələrinin öyrənilməsi və tətbiqinin zəruriliyindən də danışmışdır.
Təlim kursunun koordinatoru, “Reform-Centre” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı Asif Nəsibov bildirmişdir ki, təlim kursunun məqsədi iştirakçıları dövlət və özəl sektor arasında tərəfdaşlığa dair konsepsiyalar, qaydalar və strategiyalar haqqında əsas məlumatlarla, müvafiq təlimatlarla tanış etməkdir.
Ekspert-təlimçi Bartoz Misiorski təlim kursunda bəhs olunacaq mövzular barədə məlumat vermişdir.
6 günlük təlim kursunda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislər, eləcə də universitetin Sosial idarəetmə və hüquq, İqtisadiyyat fakültələrinin tələbələri iştirak edirlər.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR