25 Dekabr 2024, Çərşənbə

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlil­ovun “Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Əliyev və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir. Naxçıvanın Son Tunc-Erkən Dəmir dövrü mədəniyyətinin öyrənilməsinə həsr olunmuş kitabda bəhs olunan dövrə aid abidələrin geniş təhlili verilib. Bu dövrdə Naxçıvan ərazisində yaşayan insanların həyat tərzi, məşğuliyyəti, dini-ideoloji görüşləri haqqında maraqlı məlumatlarla zəngin olan kitab iki fəsildən ibarətdir. “Arxeoloji abidələr” adlanan birinci fəsildə oturaq və mövsümi yaşayış yerləri, qalatipli yaşayış məskənləri, qəbir abidələri və qayaüstü təsvirlərdən bəhs olunur. Bu fəsildə Gəmiqaya qayaüstü təsvirləri, Yuxarı Gilançay vadisindəki qaya təsvirləri, Kolanı və Sarıdərə nekropollarındakı təsvirlər haqqında verilən məlumatlar xüsusilə maraq doğurur.
“Arxeoloji materialların təhlili” adlanan ikinci fəsildə isə o dövr əhalisinin əmək alətləri, keramika məmulatları, silahlar, bəzək əşyaları haqqında ətraflı məlumat verilib. Kitabın illüstrasiyalar hissəsində yaşayış yerlərinin sxemləri ilə yanaşı, aşkarlanan maddi-mədəniyyət nümunələrinin şəkilləri də yer alıb.

 Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR