23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda 2018-2019-cu tədris ilinin birinci yarısında əyani şöbəsində təhsil alan IV kurs tələbələrinin ikinci pedaqoji təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib.
Təhsildə sosial-psixoloji xidmət və Təsviri incəsənət müəllimliyi ixtisasları tələbələrinin iştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev bildirib ki, institutun 48 tələbəsi Naxçıvan şəhərindəki 8, 10, 11 və 14 nömrəli tam orta məktəblərə 8 həftəlik pedaqoji təcrübəyə göndərilir.
Konfransda iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, 2017-2018-ci tədris ilinin birinci yarımilində Naxçıvan Dövlət Universitetindən 678, “Naxçıvan” Universitetindən 112 və Naxçıvan Müəllimlər İnstitutundan 149 olmaqla, ümumilikdə, 939 nəfər III və IV kurs tələbəsi ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçib. Naxçıvan şəhər ümumtəhsil məktəbləri ilə yanaşı, Babək rayonunun Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində də tələbələrin pedaqoji təcrübə keçmələri təmin olunub.
Vurğulanıb ki, təcrübə müddətində tələbələrə pedaqoji proseslə bağlı zəruri yeniliklər çatdırılacaq .
Tədbirdə pedaqoji təcrübənin təşkili və keçirilməsi, təcrübə zamanı pedaqoqun və psixoloqun vəzifələri barədə iştirakçılara məlumat verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR