23 Dekabr 2024, Bazar ertəsi

Hacıvar kənd tam orta məktəbində məktəblilər üçün “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Babək Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aytəkin Süleymanova tədbirdə çıxış edərək bildirib ki, yeniyetmə və gənclər sosial şəbəkələrin əhəmiyyətliliyi ilə yanaşı, mənfi xüsusiyyətlərini də bilməli, onlardan istifadə edərkən mütləq məlumatlı və çox diqqətli olmalıdırlar. Bu sahədə ən vacib məqam insanların maarifləndirilməsidir. Buna görə də yeniyetmə və gənclər arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri, seminarlar keçirilir. Ailədə və təhsil ocaqlarında asudə vaxt düzgün müəyyənləşdirilərsə, yeniyetmə və gənclər virtual aləmə deyil, real fəaliyyətə üstünlük verərlər.
Qeyd edək ki, seminar Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR