Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyununun Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
Oyunun keçirilməsində məqsəd zəngin milli mədəniyyətimizin və tariximizin təbliğindən, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü formalaşdırmaqdan, zehni inkişafını stimullaşdırmaqdan, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
İntellektual oyunda 8 komanda iştirak edib. 2 yarımfinal və final mərhələsindən ibarət olan oyunda qalib adını “Günnüt” komandası qazanıb. Digər iki pillədə “Qafqaz” və “Mübariz” komandaları qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və bilik yarışması kitabları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti