25 Dekabr 2024, Çərşənbə

Türkiyə Cümhuriyyəti universitetlərinin təmsilçilərindən ibarət heyət Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur.
Universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından danışmışdır. Rektor ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, genişlənməkdə olan beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, dünyanın 76 universiteti ilə tərəfdaşlıq edən bu ali məktəbin Türkiyənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan universitetləri ilə elmi əməkdaşlığı bu gün də uğurla davam etdirilir. Bu ali məktəbdə 12 ölkədən 300 nəfər vətəndaş təhsil alır ki, bunlardan da 230 nəfəri Türkiyə vətəndaşıdır.
Türkiyəli qonaqlar adından Qaratay Universitetinin rektoru, professor Ömer Torlak, Hacəttəpə Universitetinin əməkdaşı, professor Bahtişen Kavak çıxış edərək səmimi qarşılanma üçün minnətdarlıqlarını bildirmişlər. Çıxışlarda iki qardaş ölkə arasında əlaqələrin inkişafında universitetlərarası tərəfdaşlığın əhəmiyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışılmışdır. Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetinə yeni elmi və elmi-publisistik nəşrlər hədiyyə etmiş, qonaqlara Naxçıvanın əsas rəmzi olan Haçadağı əks etdirən rəsm əsərləri təqdim edilmişdir.
Qonaqlar universitet ərazisini gəzmiş, ali məktəbin kampusu, maddi-texniki bazası ilə tanış olmuşlar.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR