23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının 200-dən artıq ümumtəhsil məktəbi arasında yaradılan interaktiv dərsdə görkəmli Azərbaycan alimi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdul­layevin həyatı haqqında şagirdlərə ətraflı məlumat verilib.
“Akademik Həsən Abdullayev: görkəmli fizik” mövzusunda keçilən dərsdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev akademikin həyat və elmi fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verib. Bildirib ki, bu il görkəmli fizik, böyük elm təşkilatçısı, akademik Həsən Məmmədbağır oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycanda fizika məktəbinin formalaşmasında, sanballı nəticələrə nail olunmasında alimin əməyin­dən bəhs edən Məmməd Hüseynəliyev akademikin müəllifi olduğu və tələbələri ilə birlikdə yazdığı selen düzləndiricilərinə aid monoqrafiyaların dünya elmi nəşrləri sırasında öz fundamentallığı ilə seçildiyini deyib. Qeyd edib ki, akademik Həsən Abdullayevin Azərbaycanda bərk cisimlər fizikasının inkişafında, yarımkeçiricilər elektronikasının və yüksək texnologiyaların müasir həyata tətbiqində əvəzsiz rolu olub. Alim 15 mono­qrafiyanın, 250-dən çox ixtiranın, onlarla dərsliyin, 500-dən çox elmi məqalənin müəllifidir.
Açıq dərsdə qeyd olunub ki, ­Həsən Abdullayevin yaratdığı elmi irs bu gün də öyrənilir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR