23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani və orta əsrlər İslam mədəniyyəti” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev sufi şeyxlərindən olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığından danışaraq bildirib ki, böyük mütəfəkkir “Qurani­-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb. O, təsəvvüf və təfsir sahəsində əsərlər qələmə alıb.
Diqqətə çatdırılıb ki, Baba Nemətullah Naxçıvani həyatının çox hissəsini Naxçıvanda, sonralar isə Təbrizdə və Türkiyənin Konya vilayətinin Ağşəhər qəsəbəsində yaşayıb. Konya valiliyinin təşəbbüsü ilə Ağşəhərdəki məktəbə alimin adı verilib.
Vurğulanıb ki, Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı (“Əl-Fəvatihül İlahiyyə vəl Məfatihül Qeybiyyə”) “Quran” təfsir kitabı üç cilddən ibarətdir. İlk cilddə 13, ikinci cilddə 20, üçüncü cilddə isə 81 surənin təfsiri və şərhi yer alıb. Əsərin orijinalı İstanbulda Topqapı Sarayı III Əhməd Xan Kitabxanasında mühafizə olunur.
Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığı ilə sözügedən əsərin üç cildi cari ildə filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən tərcümə edilib, üzərində son redaktə işləri aparılır.
Tədbirdə bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun, Əlyazmalar fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun, Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın mövzu ilə bağlı məruzələri dinlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR