23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab Rusiya Federasiyasının Orexova-Zuevo vilayətində Dövlət Humanitar Texnologiya Universitetinin nəşriyyatında rus dilində nəşr olunub.
Kitabın müəllifləri AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları – professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Ramiz Ələkbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılov, kimya üzrə fəlsəfə doktoru, dosent Vahid Quliyev və Naxçıvan Dövlət Universitetinin baş müəllimi Əli Qurbanovdur.
Yeni nəşrdə Naxçıvanın flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusilə müalicəvi təsiri olan dərman bitkilərinin yayılma zonaları müəyyən edilib, onların tərkibindəki bioaktiv maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyəti araşdırılıb. Kitabda, həmçinin Naxçıvan florasında yayılmış dərman bitkilərinin təbiətdəki müasir vəziyyəti və təbii ehtiyatı bol olan bu növlərin mövcud yayılma zonaları müvafiq xəritələrdə verilib. Dərman bitkilərinin rəngli fotoşəkilləri, yayıldığı ərazilər, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti, eyni zamanda bu bitkilərin toplanması, qurudulması və saxlanması qaydaları göstərilib.
Kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, ­rəyçiləri isə AMEA-nın müxbir üzvləri Saleh Məhərrəmov və Tofiq ­Məmmədovdur.
Nəşr Naxçıvan Muxtar Respublikasında mövcud olan 132 növ rəsmi dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş təsəvvür yaradan ilk kitabdır.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR