23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində “Naxçıvanda arxeoloji tədqiqatlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev on ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikasının ərazisində aparılan respublika və beynəlxalq səviyyəli arxeoloji araşdırmalardan, çoxsaylı tədqiqatlardan bəhs edib. O, bu il bölmənin arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə əvvəlki illərdəki tədqiqatlarını davam etdirdiyini, bölgənin I Kültəpə, Duzdağ və Naxçıvantəpə yaşayış yerlərində qazıntılar apardığını diqqətə çatdırıb.
Sonra bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. O qeyd edib ki, qazıntılar zamanı Kültəpənin Neolit dövrünə aid abidə olduğu tarixi arxeoloji əsaslarla dəqiqləşdirilib. O, I Kültəpə yaşayış yeri ətrafında əvvəlki illərdə aparılan arxeoloji araşdırmalarda aşkar olunan Eneolit dövrü yaşayış yerinin tədqiqinin davam etdirildiyini bildirib.
Daha sonra Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro çıxış edərək bu ilin oktyabr ayında Bakı şəhərində açılacaq sərgidə I Kültəpə, Ovçular təpəsi və Duzdağda araşdırmalar zamanı əldə olunan materialların da nümayiş etdiriləcəyi barədə məlumat verib.
Catherine Marro arxeoloji qazıntılara dəstək və hərtərəfli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri videogörüntü vasitəsilə nümayiş etdirilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR