23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçirilən ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turunun qaliblərinə mükafatlar təqdim olunub.
Bu münasibətlə təşkil olunan tədbirdə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbə müdiri Abdulla Əsgərov çıxış edərək olimpiadanın təşkilinin əhəmiyyətindən bəhs edib.

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov çıxışında qeyd edib ki, keçirilən olimpiadalar rus dili və ədəbiyyatının mənimsənilməsi və təbliği baxımından uğurlu nəticələr verməkdədir. O, bu istiqamətdə dövlətin göstərdiyi diqqət və qayğının təqdirəlayiq olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, muxtar respublikada təhsilin inkişafının əsas göstəricilərindən biri də fənn olimpiadalarının təşkilidir.
Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova çıxışında muxtar respublikada rus dili təhsilinə göstərilən qayğıdan danışıb. Təhsil ocağının müəllimi Ceyran İsmayılova və şagird Adil Seyidov təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçirilən ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turunun qaliblərinə diplom və mükafatlar təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR