23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetinin rektoru Peyami Battal və İqdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma Naxçıvan Dövlət Universitetində olublar. Qonaqlar əvvəlcə Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib, tələbə adını qazanan gənclərə təbriklərini çatdırıblar.
Sonra Naxçıvan Dövlət Universitetində görüş keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil müəssisəsinin Türkiyə universitetləri ilə səmərəli əməkdaşlığından danışıb. Bu əlaqələrin əhəmiyyətini vurğulayan rektor eyni zamanda “Mövlana” mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini diqqətə çatdırıb.

Van Yüzüncü İl Universitetinin rektoru, professor Peyami Battal qeyd edib ki, 1982-ci ildə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün 100 illik yubileyi münasibətilə yaradılan universitetin ölkəsinin ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Rektor 17 fakültəsi, beş institutu, dörd məktəbi, bir konservatoriyası, 43 tədqiqat mərkəzi olan universitetin fəaliyyət istiqamətləri, fakültə və bölümləri, tədris prosesi, müəllim və tələbələri, idarəetmə strukturları barədə məlumat verib.

Türkiyənin İqdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma isə 7 fakültə üzrə tələbə qəbulu həyata keçirən İqdır Universiteti barədə danışıb. Bildirilib ki, bu il 400-ə yaxın xarici tələbənin də qəbul olduğu universitetdə 8000-dən çox tələbə təhsil alır. Vurğulanıb ki, universitetdə 7 doktorant, 24 magistr proqramı mövcuddur ki, bunlardan hər bir xarici tələbə də faydalana bilər.
Sonra Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi və “Mövlana” mübadilə proqramı çərçivəsində protokol imzalanıb. Sənədlərdə əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması, birgə konfrans və simpoziumların təşkili və digər məsələlər öz əksini tapıb.

Naxçıvan Dövlət Universitetinin
mətbuat bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR