23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Azərbaycan Dillər Universitetinin müəllimi, professor Adil Babayevlə ­görüş keçirilib.

Tədbirdə ilk çıxış edən bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb.
Sonra akademik Möhsün Nağısoylu çıxış edərək Azərbaycan dili və dilçilik elminin qarşısında duran hədəflərdən bəhs edib. Dilçi alim qeyd edib ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
“Ölkəmizdə dil siyasəti bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyən alim dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Pro­qramı”nın hazırlanması barədə imzaladığı sərəncamları xatırladıb. Vurğulayıb ki, AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında Prezident İlham Əliyevin dərinməzmunlu nitqində diqqət mərkəzinə çəkdiyi bir sıra məsələlərdən biri də ana dilimizlə bağlı idi. Dilçi alim rəhbərlik etdiyi institutun əməkdaşlarının ana dilimizlə bağlı həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən söz açıb.
Professor Adil Babayev isə çıxışında dilimizlə bağlı aktual məsələlərə toxunub. O, ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” sözlərini xatırladaraq XX əsrdə Azərbaycan dilinə olan münasibəti müxtəlif arxivlərdən topladığı sənədlərin dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra dilçi alimlər bölmə əməkdaşlarının suallarını cavab­landırıblar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR