Dünən Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyinin və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 18-29 yaşlı gənclər arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Oyunda “Gənclik”, “Qanlıgöl”, ”Salvartı”, “Zirvə” komandaları iştirak edib. Sonda “Gənclik” komandası I, “Zirvə” komandası II, “Qanlıgöl” komandası isə III yerə layiq görülüblər. Qalib komandalara təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub. Oyunda 16 nəfər gənc iştirak edib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti