25 Dekabr 2024, Çərşənbə

Müstəqil fəaliyyətinin 10 illik yubileyini qeyd etməyə hazırlaşan Naxçıvan Müəllimlər İnstitutu bir sıra uğurlara imza atmışdır. İstər tədrisin keyfiyyətinin yüksəldilməsi, istərsə də dünya təhsil sisteminə inteqrasiya sahəsində institutun müəllim və tələbələrinin uğurları gün keçdikcə daha da artmaqdadır.
Yeni təlim texnologiyalarına yiyələnməyə çalışan tələbələr həm də internet vasitəsi ilə dünya gənc­lərinin forum və simpozium çağırışlarına qatılır, beynəlxalq tədbirlərə dəvətlər alır, Azərbaycanımızı, o cümlədən doğma Naxçıvanımızı uğurla təmsil edirlər. Xarici ölkələrin universitet tələbələri arasında öz sözlərini deyən, instituta başucalığı gətirən belə tələbələrdən təhsildə sosial-psixoloji xidmət ixtisasının IV kurs tələbələri Murad Məmməd­ov və Yaqut Rəhimovanın adlarını fəxrlə çəkmək olar.
Murad Məmmədov “XI Beynəlxalq Türk Dili Olimpiadası”nda “Hacı Zeynalabdin Tağıyev – sevdamın adı millət” mövzusunda təqdim etdiyi yazı ilə iştirak etmişdir. Azərbaycan, Albaniya, Əfqanıstan, Belarus, Bosniya və Herseqovina, Xorvatiya, Misir, Monqolustan, Rumıniya, Tacikistan, Türkmənistan, Ukrayna, Yunanıstan və Krım Muxtar Vilayəti ali təhsil müəssisələrinin tələbələri son tura vəsiqə almışlar. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Murad Məmməd­ov son turda iştirakçı olmaq haqqı qazanmışdır.
Bu yarışa universitet kateqoriyası üzrə qatılan 142 ölkədən son tura 15 ölkənin yer tutmuş universitetləri qalmışdır. Son turda Türk Dili Olimpiadası şifahi və yazılı (inşa) olmaqla, iki istiqamətdə keçirilmişdir.
Azərbaycanı Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi təmsil etmişdir.
Olimpiadanın son – final turunda Murad Məmmədov iki nominasiya üzrə iştirak edərək türkcə şifahi nitq müsabiqəsinin qızıl, inşa yazı müsabiqəsinin gümüş medalına layiq görülmüşdür.
Murad Məmmədovun hər iki yüksək medala layiq görülməsi Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən qayğının bariz nümunəsidir.
Belə tədbirlərin keçirilməsində məqsəd ölkələrin mədəniyyətini, iqtisadi inkişafını, milli-mənəvi dəyərlərini təbliğ etmək və öyrənməklə yanaşı, dünya gənclərini bir araya gətirmək, onlar arasında dostluq əlaqələri və münasibətləri yaratmaqdan ibarətdir.

Həsənəli EYVAZLI
Naxçıvan Müəllimlər İnstitunun əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR