22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Naxçıvan Dövlət Universitetində elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva “Azərbaycan mətbuatı: tarix və bu gün” mövzusunda çıxış edib.
Universitetin tədris-tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov universitetin media kollektivini əlamətdar gün münasibətilə təbrik edib.
Sonra universitetin Media Mərkəzində çalışan bir qrup əməkdaşa mükafat təqdim olunub.
Xəbərlər şöbəsi