AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının “Qeyri-üzvi kimya” jurnalının məsləhətçi redaksiya heyətinin üzvü seçilib.
Qeyd edək ki, Günel Məmmədovanın əsas elmi fəaliyyət istiqamətləri qeyri-üzvi birləşmələrin (seolitlərin) quruluşlarının öyrənilməsi və onun əsasında yeni materialların məqsədli sintezinin həyata keçirilməsidir. Gənc alimin elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda və xaricdə çap olunan bir sıra nüfuzlu jurnallarda dərc edilib.
Günel Məmmədova bu günlərdə Çinin Hangzhou şəhərində iyun ayının 15-17-də keçiriləcək “Ətraf mühit və geoelm” beynəlxalq konfransına rəyçi də seçilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi