23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən oxunması zəruri olan kitablarla bağlı yeniyetmələr arasında “Nə? ­Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Gənclər Mərkəzində keçirilən oyunun məqsədi Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsinin əhəmiyyətini qeyd etmək, yeniyetmələrin intellektual səviyyəsini, dünya­görüşünü, zehni inkişafını stimullaşdırmaq və oxunması zəruri olan kitabların onlar arasında mütaliəsinə nail olmaqdır.
Oyunda Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərindən 8 komanda mübarizə aparıb. İki turdan ibarət oyunun hər turunda 12 sual səsləndirilib.
Sonda daha çox suala düzgün cavab verən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin “Sirlər xəzinəsi” komandası qalib adını qazanıb. 6 nömrəli tam orta məktəbin “Oğuzlar” komandası ikinci, 5 nömrəli tam orta məktəbin “Dahi” komandası üçüncü olub.
İntellektual oyunda yer tutan ­komandalar mükafatlandırılıb.
Qeyd edək ki, noyabr ayında keçiriləcək muxtar respublika birinciliyində Naxçıvan şəhərini “Sirlər xəzinəsi” komandası təmsil edəcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR