Culfa şəhərindəki 3 nömrəli tam orta məktəbdə rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı ilə bağlı rayonun ümumtəhsil məktəblərinin kitabxanaçıları arasında bilik yarışı keçirilib.
Yarışda 27 kitabxanaçı öz biliyini nümayiş etdirib. Hər bir kitabxanaçıya oxunması zəruri olan kitablarla bağlı 20 sual təqdim olunub.Yarış iştirakçıları hər sualı 1 dəqiqə vaxt ərzində cavablandırıblar.
Qızılca kənd tam orta məktəbinin kitabxanaçısı Arzu Həsənova birinci, Əlincə kənd tam orta məktəbinin kitabxanaçısı Vüsalə İsgəndərova ikinci, Culfa şəhər 3 nömrəli tam orta məktəbin kitabxanaçısı Fatma Nəzərova üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə rayon Təhsil Şöbəsinin diplomları və kitablar təqdim olunub.
Fatma BABAYEVA