23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyası işıq üzü görüb.
Kitabın elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.
Üç fəsil, nəticə, xülasə və ədəbiyyat siyahısından ibarət olan yeni nəşr Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr olunub. Monoqrafiyada Naxçıvanın dialekt və şivələrinin, zəngin dil faktları əsasında söz yaradıcılığının müqayisəli-tipoloji, struktur-­semantik təhlili verilib, həmçinin ədəbi dillə əlaqəsi və digər bu kimi məsələlər ətraflı araşdırılıb.
Tədqiqat əsəri Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçilik, şifahi söz sənəti, o cümlədən xalqımızın soy-kökü, ­etnoqrafiyası tarixi baxımından xüsusilə əhəmiyyətlidir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR