23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən olimpiadanın məqsədi yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, bu sahədə bilik və bacarıqlarını artırmaq, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışdan öncə çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli, Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov oyunun mahiyyəti haqqında iştirakçılara məlumat verib, onlara uğurlar arzulayıblar.
Olimpiada çərçivəsində “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları, “İntellektual gənc” bilik yarışması keçirilib.

Yekun nəticəyə əsasən “İntellektual gənc” bilik yarışmasında qalib adını Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdi Sahilə Yusifova qazanıb. Naxçıvan Qar­nizonu tam orta məktəbinin şagirdi Həbibə Babayeva ikinci, 11 nömrəli tam orta məktəbin şagirdi Əjdər Rzalı üçüncü olublar.
“Kim? Nə? Hara?” intellektual oyununda isə Heydər Əliyev adına tam orta məktəbin şagirdi Göyərçin Quliyeva rəqiblərini üstələyib. Digər iki pillədə 11 nömrəli tam orta məktəbin şagirdi Fidan Gülməmmədova və 14 nömrəli tam orta məktəbin şagirdi Anar Mikayılov qərarlaşıblar.
“Vətəni tanı” intellektual oyununun qalibi Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası olub. Naxçıvan Qızlar Liseyinin komandası və 16 nömrəli tam orta məktəbin komandası isə müvafiq olaraq ikinci və üçüncü olublar. “Nuh yurdu” intellektual oyununda “Hədəf” komandası birinci, “Zirvə” komandası ikinci, “Gülüstan” komandası isə üçüncülüklə kifayətləniblər.
Qaliblərə təşkilatçıların diplom, fəxri fərmanları və oxunması zəruri olan kitablar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR