23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbdə “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov hazırlanmış slayd vasitəsilə mövzu ətrafında çıxış edərək bildirib ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, şəkillərə və videoçarxlara baxmaq, ünsiyyət qurmaq məqsədilə faydalanırlar. Bu gün muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən geniş istifadə olunur. Yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkanlarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur, həmin gəzintilər zamanı çəkilən fotoşəkillərə və videoçarxlara gənclər tərəfindən müxtəlif məlumat yazılaraq sosial şəbəkələrdə paylaşılır. Digər tərəfdən sosial şəbəkələrdən həddindən artıq istifadə etmək yeniyetmə və gəncləri təhsildən yayındıra, onların mənəvi-əxlaqi tərbiyəsinə mənfi təsir göstərə bilər.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR